Mərkəzi Afrika Respublikasında Yaloke şəhərində yaşayan sonuncu 474 müsəlman müahirəyə alınıb.
Publika.az-ın məlumatına görə, bu barədə BMT Ali Komissarının Qaçqınların işləri üzrə idarəsindən məlumat yayılıb. Məlumata görə, qrum dünya ictimaiyyətini tələyə düşmüş bir qrup müsəlmana yardım etməyə çağırıb. İdarə bildirib ki, paytaxt Bangidən şimalda yerləşən Yaloke şəhərində pöl xalqının 474 nümayəndəsi mühasirə vəziyyətindədir.
Fevral ayından başlayaraq bu etnik qrupun müsəlmanları “antibalaka” xristian qruplaşmasının hücumlarına məruz qalıb. Çoxları sonradan ölkəni tərk etmək ümidi ilə Yalokeyə qaçıb gedib, amma mühasirəyə düşüblər.
“Uşaqlar da, böyüklər də qüvvədən düşüblər. Onların üçdə bir hissəsindən çoxu malyariya xəstəliyinə tutulub. Altı nəfərdə vərəm aşkar edilib. Aprel ayından başlayaraq 42 adam ölüb, qalanları isə gündən-günə zəifləyir. Beynəlxalq qüvvələrin iştirakına baxmayaraq, “antibalaka” qrupları daim onları hədələyir, fiziki zorakılığa əl atırlar”, İdarənin mətbuat katibi Adrian Edvar bildirib.
O qeyd edib ki, bu qrup vaxtilə 10 mindən çox müsəlmanın yaşamış olduğu Yalokedə qalan yeganə müsəlman qrupudur.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib