Soylu ABŞ-ın teraktla bağlı mövqeyini tənqid etdi

Soylu ABŞ-ın teraktla bağlı mövqeyini tənqid etdi
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın İstanbuldakı hücuma reaksiyasını tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.

"Düşünürəm ki, ABŞ-ın verdiyi başsağlığına xüsusi diqqət yetirmək lazımdır. Bu mesaja cavab çox aydın olacaq. İnşallah, yaxın gələcəkdə özünü göstərəcək”, - o bildirib.

O, müttəfiqləri qeyri-səmimilikdə ittiham edib:

"Türkiyə ilə dost kimi görünən, lakin ya bütün terrorçuları öz ölkələrində gizlədən, ya da işğal etdikləri ərazilərdə terrorçulara dəstək verən, pul göndərən müttəfiq adlandırılanların qeyri-səmimiliyi xüsusilə açıq-aşkar görünür”.

Nazir Ankaranın ABŞ-ın terror aktına reaksiyasından narazılığına konkret nəyin səbəb olduğunu açıqlamayıb.

Qeyd edək ki, Ağ Evin sözçüsü "ABŞ İstanbulda baş verən zorakılıq aktını qətiyyətlə pisləyir” və həmçinin "yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir” deyə məlumat yaymışdır.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal prospektində partlayış baş verib. Hadisə zamanı 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az