Şoyqu İlham Əliyevlə görüşdə

Şoyqu İlham Əliyevlə görüşdə

Türkiyə və Rusiya prezidentlərinin Soçidə imzaladığı memorandum çətinlik olmadan həyata keçirilmir. Ancaq görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyinin qorunması üçün yeganə yoludur.

"TASS” agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarının qəbulu zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

Müdafiə naziri bildirib ki, Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb: "Təcrübəmizi həmkarlarımızla bölüşməyə hazırıq. Bu, beynəlxalq terrorizmə qarşı mübarizə və humanitar yardım - minalardan təmizlənmə, tibbi xidmət və digər məsələlərə aiddir”.

S. Şoyqu Koalisiya hərbi quruluşuna toxunaraq, burada gündəliyin "olduqca geniş” olduğunu qeyd edib: "Əməkdaşlıq birlikdə düşündüyümüz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az