Spiker Səfa Mirəzyevə tapşırıq verdi - "Rəfael Cəbaryılovun sənədləri hazırlanaraq MSK-ya göndərilsin"

Spiker Səfa Mirəzyevə tapşırıq verdi -
Milli Məclisin sədri Oqtay Əsədov deputat Rafael Cəbrayılovun mandatından imtina etməsinə dair müraciəti ilə əlaqədar tapşırıq verib.

Gununsesi.org-un məlumatına görə, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov Milli Məclis Aparatının rəhbəri Səfa Mirəzyevə tapşırıq verib.
O. Əsədov S. Mirəzyevə tapşırıb ki, sənədlər qanunvericiliyin tələblərinə uyğun hazırlanaraq Mərkəzi Seçki Komissiyasına göndərilsin.
Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az