Spikerin qızı və xanımı İstanbulda... – İranda etiraz yaradan fotolar

Spikerin qızı və xanımı İstanbulda... – İranda etiraz yaradan fotolar

İran parlamentinin sədri Məhəmməd Bəkir Qalibafın ailəsinin Türkiyəyə səfəri ölkə mediasının gündəmini zəbt edib.

Teleqraf.com xəbər verir ki, müstəqil media qurumları və fəallar parlament sədrini üzr istəməyə və istefaya çağırıblar.

Məlumata görə, Qalibafın həyat yoldaşı, qızı və kürəkəni ailənin körpələri üçün alış-veriş etmək üçün Türkiyəyə gəlib.

Ailənin İstanbuldan qayıdarkən Tehrandakı İmam Xomeyni hava limanında çəkilmiş fotoşəkilləri yayımlanıb.

Fəal Vahid Əştəri şəkillərdəki şəxslərin Qalibafın həyat yoldaşı, qızı və kürəkəni olduğunu iddia edib. Əştari spikerin ailə üzvlərinin İstanbulda alış-veriş etdiklərini deyib.
 

Qalibafın oğlu Elias Qalibaf İnstaqram hesabında ailə üzvlərinin Türkiyədə alış-veriş etdiyini təsdiqləyərək, atasının alış-verişdən narahatlıq keçirdiyini və buna qarşı olduğunu bildirib.
 

Spikerin ailəsinin İstanbul səyahəti İranın islahatçı media qurumlarının manşetlərinə çevrilib. "Aftab Yazd” və "İbtikar” kimi qəzetlər birinci səhifələrində Qalibaf və ailəsini hədəfə alan məqalələr dərc ediblər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az