Ştaynmayerin Azərbaycana səfərinin tarixi açıqlandı
ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcək.
ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer iyunun 30-da Azərbaycana səfər edəcək.
Miq.az xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Almaniya XİN rəhbərinin ölkəmizdə bir sıra rəsmi görüşləri planlaşdırılıb.
Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan-ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.
Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində ATƏT sədrinin Gürcüstan və Ermənistanda da baş çəkəcək.
Miq.az