Su -bəşər övladının ən qiymətli sərvətidir !

Su -bəşər övladının ən qiymətli sərvətidir !

İnsan resurslarının  artması, texniki tərəqqi, iqtsadi yüksəliş və  bu kimi digər müsbət amilllər düyanın inkişaf sürətinə yeni impulslar verir. Lakin bu pozitiv inkişafın fonunda müəyyən problemlər də yaranır ki, adətən qloballaşan dünyada  belə problemlərin aradan qaldırılmasına  beynəlxalq ictimaiyyətin birgə səyi ilə cəhd edilir. Elə bu məqsədlə də dünyanın tanınmış elm adamları, bacarıqlı mütəxəssisləri konkret bir məkana  toplaşaraq hər hansı bir mövcud  problem ətrafında müzakirələr aparır, onun həlli ilə yollarını birgə arayırlar. Bu yaxınlarda Türkiyə Respublikasının İstanbul şəhərində  “Bərk tullantı, su və çirkab su “ mövzusunda keçirilən beynəlxalq konfrans  da məhz dünya ictimaiyyətini narahat edən bir sıra qlobal ekoloji problemlərin həlli yollarının araşdırılması üçün  təşkil edilmişdi. Türkiyə Respublikası Ekologiya və Şəhərsalma Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsinin birgə təşəbbüs və təşkilatçılığı ilə keçirilən bu konfransda Almaniya, Rusiya, İsrail, Meksika, İran, Əlcəzair və digər 34 ölkədən olan tanınmış alimlər, bacarıqlı mütəxəssislər və bələdiyyə nümayəndələri iştirak edirdi. Sevindirici haldır ki, dövlət müstəqilliyini əldə etdikdən sonra sürətlə inkişaf edən respublikamızın da görkəmli alim və mütəxəssisləri  dünyanı narahat edən problemlərin həlli istiqamətində təşkil olunan müxtəlif tədbirlərə dəvət alırlar. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, kifayət qədər beynəlxalq əhəmiyyətə malik olan İstanbul konfransına dəvət alanlar içərisində respublikamızın tanınmış ziyalılarından biri, texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fərzəli Həsənov da var idi.


Fərzəli müəllimin bu  möhtəbər tədbirə dəvət olunması heç də təsadüfi olmamışdır. Bələki, bundan əvvəl bir neçə beynəlxalq elmi-texniki  konfransda uğurla iştirak edən Fərzəli müəllimin dərin biliyi, yüksək savadı, intellektual səviyyəsi digərləri kimi İstanbul konfransının təşkilatçılarının da diqqətini cəlb etmişdi. Hələ konfransa hazırlıq dövründə onun təşkilar komitəsi Fərzəli müəllimlə  əlaqə yaradaraq onunla işgüzar əməkdaşlıq münasibətləri qura bilmişdi. Azərebaycan aliminə yüksək etimad göstərən konfransın təşkilat komitəsinin rəhbərliyi  onun işində iştirak etmək istəyən dünya alimlərinin elm bölməsinə ünvanladıqları  məqalələrin bir qismini rəy almaq üçün məhz ona göndərirdi. Təşkilat komitəsinin üzvü İsmayıl Özkaya elm bölməsi adından mütəmadi olaraq Fərzəli müəllimlə əlaqə saxlayır, göndərilən məqalələrlə bağlı onunla fikir mübadiləsi aparırdı. Fərzəli müəllimin  rəhərliy ilə yeddi ölkənin, o cümlədən  Almaniya, Rusiya, İsrail, Meksika, İran, Əlcəzair və Türkiyə alimlərinin konfransın işində iştirak etmək üçün göndərdikləri elmi məqalələrə rəy verilib. Konfransa hazırlıq dövrü başa çatdıqdan sonra isə  keçiriləcək konfransın işində yaxından iştirak etməsi məqsədilə təşkilat komitəsi tərəfindən bu bacarıqlı elm xadimi  İstanbula dəvət olunmuş, ona bu şəraitin yaradılması üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə  müracət məktubu göndərilmişdir. Unüversitet rəhbərliyi tərəfindən bu müraciət məmuniyyətlə qarşılanmış və Fərzəli müəllimin konfransda iştirak etməsi üçün  tələb olunan hər cür şərait yaradılmışdır.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanın elm adamlarının bu cür beynəlxalq tədbirlərdə iştirak etməsi, təkcə onların özünün deyil, həm də respublikamızda elm sahəsinin nüfuzunun artmasına, onun dünyada daha da yaxından tanınmasına təkan verir. Alimlərimizin bu tədbirlərin keçirildiyi ölkələrin elm adamları, ictimaiyyəti, eləcə də bu tədbirlərdə iştirak edən digər ölkələrin nümayəndələri ilə tanışlığı, ünsiyyəti, əməkdaşlıq əlaqələri qurması dünyanın nüfuzlu elm adamlarında, ziyalılarında ölkəmizin elmi, texniki, iqtisadi potensialı, dili, dini, mədəniyyəti haqqında aydın təsəvvür yaranmasına səbəb olur.  Elə bu baxımdan Fərzəli Həsənovun  qardaş Türkiyənin İstanbul şəhərində keçirilən konfransda iştirakı təkcə onun özü, təmsil olunduğu Azərbaycan  Memarlıq və İnşaat  Universiteti üçün deyil, həm də respulikamız üçün xüsusi əhəmiyyəti olan bir hadisə idi. 
Konfransla bağlı  təəssüratlarını bölüşən Fərzəli Həsənov  bidirdi ki, “Bərk tullantılar, su və çirkab suları”  problemi ilə bağlı 43 mövzu ətrafında 34 ölkədən gəlmiş alimlər, mütəxəssislər və bələdiyyə təşkilatı nümayəndələri müzakirələr apardılar. Konfransın Plenar iclasında Türkiyə Respublikasının Meşə və Su İşləri Naziri professor, Dr. Veysəl Eroğlu, Ekologiya və Şəhərsalma Naziri  Erdoğan Bayrakdar və digər iştirakçıların böyük marağa səbəb olan  çıxışlarını  dinlədikdən sonra İSKİ-nin nümayəndəsi Ramazan Orucun təklifi ilə konfrans nümayəndələri ilə birgə mən də Halıç  konfrans mərkəzində təşkil olunmuş sərgi ilə tanış oldum. Sonra isə elm komitəsinin üzvü kimi konfransın materiallarında dərc olunmuş 289 məqalənin müzakirəsi ətrafında aparılan seminarların işinə qatıldım və müzakirələrdə fəal iştirak elədim. Bildiyimiz kimi, su -  bəşər övladının ən qiymətli sərvətidir. Odur ki, bu qiymətli, müqəddəs sərvətlə bağlı keçirilən mötəbər bir tədbirdə iştirak etdiyim üçün özümü xoşbəxt sayıram !  
 Konfransda iştirak edən müxtəlif ölkələrin nümayəndələri, elm adamları ilə görüşən Fərzəli Həsənov  onlara gənc, müstəqil ölkəmizin həyatı, inkişafı haqqında geniş məlumatlar vemiş, onlarla qloballaşan dünyada elm, təhsil problemləri ilə  bağlı  fikir mübadiləsi aparmışdır.
 Azərbaycanın elm adamlarının bu kimi mötəbər tədbirlərdə iştirakınının yüksək qiymətləndirən Fərzəli müəllim bu dəvətə görə konfransın təşkilat komitəsinə, xüsusən də İÇKİ-nin genel müdiri professor, Dr.Ahmet Demirə, genel müdir yardımçısı Kazım Öztoruna, şöbə müdiri Mehmet Patana, İÇKİ-nin əməkdaşları Ramazan Oruca və Hasan Kozmesə,  eləcə də konfransın işində iştirak etməsinə yaradılan şəraitə görə Azərbaycan  Memarlıq və İnşaat  Universitetinin rəhbərliyinə öz minnətdarlığını bildirdi.
İstanbul konfransında fəal iştirakına və səmərəli fəaliyyətinə görə hörmətli alimimizi ürəkdən təbrik edir, elmi-pedoqoji və ictimai  fəaliyyətində ona yeni-yeni müvəffəqiyyətlər arzulayıram !!!

Abbas  Novruzov 
 
                                                                  
     



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az