Çimərlik mövsümünə hazırlıqla əlaqədar həftənin ilk günündən etibarən Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi su nümunələrinin monitorinqinə başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.
O bildirib ki, 4 gün müddətində Xəzər dənizinin Sabunçu, Binəqədi, Xəzər və Suraxanı rayonları hissəsinə düşən ərazilərindən su nümunələri götürülüb və laboratoriyalara göndərilib: "İlkin olaraq Bakı şəhəri üzrə monitorinqlərin aparılması nəzərdə tutulub. Regionların monitorinqi isə mərkəzin cənub-şimal zonasının əməkdaşlarının iştirakı ilə baş tutacaq".
Z.Kazımov deyib ki, monitorinqlər əsasən dəniz suyunda kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin olub-olmadığını müəyənləşdirmək məqsədi ilə aparılır: "Hazırda monitorinqlər Suraxanı rayonu ərazisində davam etdirilir. Sonrakı mərhələlərdə isə bütün rayonlar üzrə araşdırmalar olacaq. Bütün proseslər sentyabrın 15-də yekunlaşacaq. Oktyabrın 1-nə kimi isə kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin və bağırsaq çöplərinin aşkar edilməsi məsələsi yekunlaşacaq".
Çimərlik mövsümünün nə zaman açılması vaxtına gəlincə, Z.Kazımov deyib ki, bu məsələ Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına uyğun tənzimlənəcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?