"Sülh" bitdi, ümidimiz ordumuza qaldı: Rusiya 2049-cu ilə qədər ermənilərə silah verəcək


Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrə, o cümlədən Ermənistan, Belarus və Qazaxıstana yeni silah sistemləri, vertolyotlar və müdafiə sistemləri göndərməyi planlaşdırır.

Bu haqda yazan erməni mediasında bildirilir ki, 2017-ci ildə reallaşdırılması nəzərdə tutulan Moskvanın bu planına görə, ilk növbədə aviasiya texnikası, həmçinin vertolyotlar, hava hücumundan müdafiə sistemləri və BTR göndəriləcək. Rusiyanın Ermənistanı davamlı olaraq silahlandırması Azərbaycaı ciddi şəkildə narahat edir. İşğalçı ölkəyə göstərilən yardımlar onların mənfur planlarını həyata keçirilməsi üçün şərait yaradır. Cəbhədə mütəmadi olaraq, törəkdikləri təxribatlar da bu yardımlardan qaynaqlanır.

Ekspertlər hesab edir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Rusiyanın işğalçı ölkəni silahlandırması onları birbaşa təxribata yönləndirməsi, dəstək verməsidir. Bu isə Minsk qrupunun prinsiplərinə, götürdüyü öhdəliyə ziddir. Eyni zamanda, Rusiyanın bundan sonra da Ermənistana hərbi texnika ilə təmin olunmaqda dəstək göstərəciyi də gözləniləndir. Hesab olunur ki, bu proses hələ 2049-cu ilə qədər davam edəcək. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun müsbət fəaliyyətini bundan sonra gözləmək olmaz./a24.az/

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az