“Sülh müqaviləsinin mətni yaxın vaxtlarda Bakıya təqdim olunacaq”- Qriqoryan

“Sülh müqaviləsinin mətni yaxın vaxtlarda Bakıya təqdim olunacaq”- Qriqoryan
"İrəvan sülh müqaviləsinin mətnini hazırlamaqda davam edir, o, yaxın vaxtlarda Bakıya təqdim olunacaq”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

"Sülh müqaviləsində Qarabağla bağlı bəndlər də var. İndi bütün məsələlər işlənilir və razılaşdırılır. Konkretlik olan kimi ictimaiyyətə xəbər veriləcək”, – Qriqoryan bildirib.

O, başqa təfərrüatları açıqlamayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az