Təhsil Nazirliyi UNESCO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr -Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsi təşkil edir.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və gənclərin diqqətini Beynəlxalq Sülh Gününə cəlb etmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, xüsusi istedada malik uşaqları aşkara çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Müsabiqə ümumtəhsil və internat məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında üç yaş qrupu üzrə təşkil olunacaq.
Müsabiqə əvvəlcə məktəbdaxili və rayon (şəhər) məktəbləri arasında keçiriləcək. Həmin mərhələdə birinci yerin qalibi olan işlər respublika mərhələsinə təqdim olunacaq. Respublika mərhələsində hər yaş qrupu üzrə doqquz qalib iş müəyyənləşdiriləcək.
Yekunda qaliblərin, eyni zamanda, seçilmiş ən yaxşı işlərin kataloqu nəşr olunacaq. Noyabrda isə qaliblərin işlərindən ibarət yekun sərgi və mükafatlandırma mərasimi keçiriləcək.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Bakıda restoranda baş verən qətllə bağlı 11 nəfər həbs edildi