Sülhməramlılar Qarabağda ermənilərə məxsus artilleriya mövqeyini tərksilah edib

Sülhməramlılar Qarabağda ermənilərə məxsus artilleriya mövqeyini tərksilah edib

Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları Çartar kəndi yaxınlığında artilleriya mövqeyini zərərsizləşdirib.

"Bu gün aparılan mühəndis işləri zamanı Rusiya sülhməramlı kontingenti Çartar kəndi yaxınlığında artilleriya mövqeyini zərərsizləşdirib. Ümumilikdə 2 ədəd 152 mm-lik artilleriya qurğusu və 60 sursat məhv edilib”, – deyə Rusiya sülhməramlılarının rəsmi Telegram kanalında deyilir.

Qeyd edək ki, azərbaycanlılara məxsus olan Çartar kəndi 1992-ci ildə Qarabağın erməni separatçılarının nəzarətinə keçib. /Azpost.info/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az