Yunus Oğuzun daha bir tarixi romanı işıq üzü gördü
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Sultan Alp Arslan” tarixi romanı işıq üzü görüb. Filologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Nizami Cəfərov yazır ki, müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: "Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi "Sultan Alp Arslan”da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl bir övlad duyğusallığı ilə qürur duyur”.