Superliqanın bombardiri “Qarabağ”da?

Superliqanın bombardiri “Qarabağ”da?

"Qarabağ” yay “transfer pəncərəsi”ndə heyətini serbiyalı hücumçu ilə gücləndirmək niyyətindədi. Vətəninfo.az  Apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin transfer siyahısında millimizin üzvü Taşkın İlterlə yanaşı, Andriya Kaluderoviç də yer alıb.
“Qarabağ” rəhbərliyi 2015-ci ilin əvvəlində Avstraliyaya yollanan serbiyalını “Köhnə qitə”yə qaytarmaq istəyir. İlin arxada qalan hissəsini “Brisben Roar”da keçirən Kaluderoviç “Yaşıl qitə”də də bombardirlik keyfiyyətlərini nümayiş etdirir. Onun ilk 8 matçda 5 qol vurması da buna nümunədi.
 Kaluderoviç Avstraliyaya yollananadək Avropa və Asiyada da sözünü deyə bilib. 28 yaşlı hücumçu  karyerasına Serbiyanın OF klubunda başlayıb. Burada keçirdiyi 6 ildə (2003-09) müxtəlif klublara icarəyə də verilən futbolçu 2009-cu ildə “Rad”a keçib. Bir il bu komandada çıxış edən hücumçu “Srvena Zvezda”ya keçidindən sonra parlayıb.
2010/11 mövsümündə Belqrad təmsilçisinin heyətində Serbiya çempionatının gümüş mükafatını qazanan Kaluderoviç Superliqanın bombardiri olub. O, cəmi 13 qol vursa da, bu adın iki şərikindən biri kimi tarixə düşüb. Çempionatın rəmzi yığmasında da yer alan hücumçu 2012-ci ildə Çinə üz tutub.
“Pekin Quoan” karyerası uğursuz alınan serbiyalı 1 ildə 3 kluba – İspaniya “Rasinq”i, Kipr AEL-i və Serbiya “Voyvodina”sına icarəyə verilib. Cari mövsümün ilk yarısını İsveçrədə keçirən Kaluderoviç “Tyun”un formasını geyinib.
Qeyd edək ki, Serbiyanın U-21 və U-23 millilərində də çıxış etmiş hücumçu əsas yığmada 3 matç keçirib.  O, 2010-cu ildə Yaponiya, 2011-ci ildə isə Meksika və Hondurasla yoldaşlıq oyunlarının iştirakçısı olub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az