"Şuşa boşalır, Hadrut tərəfdə ağır döyüşlər gedir”-Erməni jurnalist
Şaqen Nazaryan: Şuşa boşaldılıb, insanlar evlərini tərk edirlər
Dağlıq Qarabağda könüllülərin səfərbərliyi aparılır, mülki əhali təcili şəkildə evlərini tərk edir.
Bu barədə "Komsomolskaya pravda”ya müsahibəsində erməni jurnalist Şaqen Nazaryan bildirib.
"İndi mən Rusiyadayam, lakin anam da daxil olmaqla, qohumlarım Qarabağdadır. Mən bu gün, bazar günü onunla danışdım, dedi ki, kişi əhalisinin səfərbərliyi gedir, Şuşa şəhəri boşdur, hamı evində oturub.
Cənub istiqamətdə isə - ora Hadrutdur – indiyədək amansız döyüşlər gedir. Vəziyyət dəyişməsə, ola bilsin qohumlar uşaqlarını dəhliz vasitəsilə İrəvana aparacaqlar”, - deyə, o, bildirib.
Nazaryan həmçinin qeyd edib ki, əksər xəstəxanalarda qan çatışmazlığı hiss olunur və dünəndən əhalidən qan yığılır.
Nazaryan onu da qeyd edib ki, xəstəxanalar yaralılara qan çatdırmaqda çətinlik çəkir.
Digər bir məlumatda isə erməni hərbçilər bölgədə baş verən döyüşlərdən təşvişə düşərək Dağlıq Qarabağı tərk etmək istəyən mülki vətəndaşların qarşısını almaq üçün yolları bağlayıb.
Məlumatlarda qeyd olunur ki, Əsgəran rayonunu tərk etmək istəyən əhalinin qarşısını almaq üçün erməni hərbi qüvvələri rayonun çıxışında postlar qurub.
Şəhəri tərk etmək istəyən əhali geri qaytarılır. Tabe olmayan mülki şəxlərə qarşı hətta zor tətbiq edildiyi də bildirilir.

"Elə indicə dayımdan soruşdum, onu hələ səfərbər etməyiblər, lakin hazır ol deyiblər”, - Nazaryan qeyd edib.
Miq.az