44 Günlük Vətən Müharibəsinə Naxçıvandan qoşulan Rəşad Aslanov, Şuşa kimi alınması qeyri-mümkün kimi görünən bir qalaya hücum edən hərbçilərdən olub. Həyatının ən xoşbəxt anını Şuşaya bayrağımızı sancmaqla yaşayan Rəşad, bu gün də xalqın böyük dəstəyini qazanır.
Lakin bu böyük dəstəyi qısqanclıqla qarşılayanlar da var. YAP-dan olan rəqibi Azər Badamov, Rəşad Aslanovun gözlənilən qələbəsi qarşısında maneələr yaratmağa çalışır.
Lakin Azər Badamovun bu cür hərəkətləri onun öz nüfuzunu zədələyir və xalqın gözü qarşısında onun siyasi mədəniyyətinə xələl gətirir.
Qusarlılar da bunu görür. Azər Badamovun deputat kimi fəaliyyətsizliyi isə qusarlıları çoxdan ondan üz döndərib.
Ona görə də bu məqamda Azər Badamov üçün daha doğru bir addım- Raşad Aslanovun vətənə xidməti qarşısında namizədliyini geri götürmək və bu cəsur zabitin qələbəsini qəbul etmək olardı. Bu addım həm humanist dəyərlərə sadiqliyi, həm də xalqın iradəsinə hörməti əks etdirərdi.
https://www.gununsesi.info/wp-content/uploads/2024/08/IMG-20240826-WA0017-195x300.jpg 195w" sizes="(max-width: 666px) 100vw, 666px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />
Raşad Aslanov isə bu cür maneələrə önəm vermir və öz yoluna inamla davam edir. Şuşaya bayraq sancmağa gedərkən necə əmin idisə, parlamentə də o əminliklə gedir. Xalqın bu cəsur qəhrəmanına dəstək olacağına heç bir şübhə yoxdur.
Biz də Gununsesi.info kollektivi olaraq, qəhrəman zabitimizə seçkilərdə qələbə arzu edirik.
https://www.gununsesi.info/wp-content/uploads/2024/08/IMG-20240826-WA0014-146x300.jpg 146w, https://www.gununsesi.info/wp-content/uploads/2024/08/IMG-20240826-WA0014-768x1581.jpg 768w, https://www.gununsesi.info/wp-content/uploads/2024/08/IMG-20240826-WA0014-746x1536.jpg 746w" sizes="(max-width: 497px) 100vw, 497px" style="box-sizing: inherit; border-width: 0px; border-style: initial; height: auto; max-width: 100%; vertical-align: middle;" />