Tacikistan-Əfqanıstan sərhədində zəlzələ

Tacikistan-Əfqanıstan sərhədində zəlzələ

Tacikistan-Əfqanıstan sərhədi rayonunda 5,7 bal gücündə zəlzələ olub. Bu barədə "Azadlıq” radiosunun tacik bölməsi məlumat verib.

AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, tacik seysmoloqlar yeraltı təkanları saat 15:05-də qeydə alıblar. Zəlzələnin episentri Düşənbədən 300 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Əfqanıstan, Hindistan, Pakistan, Qazaxıstan və Özbəkistanda hiss olunub. Zərərçəkənlər haqqında məlumat verilmir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az