Talıbov Milli Məclis üzvlüyündən çıxarılacaq - Səbəb

Talıbov Milli Məclis üzvlüyündən çıxarılacaq - Səbəb

Vasif Talıbov 27 ildir ki, Azərbaycan parlamentinin deputatıdır. O, 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputat seçilib. Bu müddət ərzində o, heç 27 dəfə parlamentin iclaslarında iştirak etməyib.

Axar.az xəbər verir ki, bunu Tns.az saytının baş redaktoru Tural Səfərov Globalinfo.az-a açıqlamasında deyib.

"Milli Məclisin daxili nizamnaməsinə görə, bir il müddətində parlamentin ard-arda 15 iclasında iştirak etməyən deputat barədə İntizam komissiyasına təqdimat verilməli və onun deputatlıq səlahiyyətlərinə xitam verilməsinə baxılmalıdır. 2020-ci ilin fevral ayında keçirilən seçkilərdən sonra Milli Məclisin yalnız ilk iclasında iştirak edib. Bu müddət ərzində parlamentin yüzdən çox iclası keçirilib. Buna görə də onun orada qalmağa nə qanuni, nə də mənəvi haqqı var”, - Səfərov bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az