Tamah məqsədilə nənəsini öldürən şəxsə 19 il müddətinə həbs cəzası verilib

Tamah məqsədilə nənəsini öldürən şəxsə 19 il müddətinə həbs cəzası verilib
Tamah məqsədi ilə nənəsini öldürməkdə ittiham edilən 25 yaşlı gənc növbəti dəfə hakim qarşısına çıxarılıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Hökmə əsasən Ə.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda yaşanıb. Həmin ünvanda yanğın baş verib.
Saat 09:30 radələrində yanğın söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az