Təbrizdə 40 mərasimində 10 nəfər həbs edildi

Təbrizdə 40 mərasimində 10 nəfər həbs edildi

Bu gün - dekabrın 27-də Təbrizin "Vadi rəhmət" qəbiristanlığında Aylar Həqqinin 40 mərasimi zamanı 10-dan çox şəxs həbs edilib.

Axar.az xəbər verir ki, polis, SEPAH və təhlükəsizlik məmurlarının həbs edərək naməlum yerə apardığı şəxslər arasında hələlik milli-mədəni fəal İbrahim Mühacirin kimliyi müəyyənləşdirilib. Aylar Həqqinin atası və anası da həbs edilənlər arasındadır.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keçirilən etiraz aksiyası zamanı Tibb Universitetinin tələbəsi, tələbə hərəkatı fəalı Aylar Həqqi hökumət məmurları tərəfindən öldürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az