Təbrizli deputat: Xalq bizdən niyə üz döndərdi?

Təbrizli deputat: Xalq bizdən niyə üz döndərdi?

Ölkədə münaqişələrin mehribanlıqla həlli və hökumətin buna doğru addımlar atması mütləqdir.

Axar.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian deyib.

O, etirazçıların xaricdən göstəriş aldığı ilə bağlı hökumətin iddialarına toxunub:

"Vətəndaşlar ölkədə olan problemlərə etiraz edirlər. Hakimiyyət xalqın səsini eşitməyə borcludur. Bu xalqın 98 faizi inqilabdan sonra islam respublikasına səs vermişdi. Biz nə etdik ki, həmin xalq indi bizdən üz döndərdi? Öz əməllərimizi təhlil edib, problemi özümüzdə axtarmalı və günahı başqalarının üzərinə atmamalıyıq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az