Təbrizli gənc yazar Ümid Nəccari Xəzər Universitetində

Təbrizli gənc yazar Ümid Nəccari Xəzər Universitetində
 
Təbrizli gənc yazar Ümid Nəccari Xəzər Universiteti tələbələrinin qonağı oldu. Əvvəlcə tələbələrdən Suqra Əliyeva, Sadiq Mirzəyev, Nərmin Ələkbərova və Günay Nuriyevanın kiçik hekayə və esseləri dinlənildi. Qonaq gənclərin ilk qələm təcrübələri haqqında mülahizələrini söylədi, onların öz duyğu-düşüncələrini yığcam və obrazlı dildə ifadə etmələrini yüksək qiymətləndirdi. Sonra öz qələm təcrübələrindən danışan Ü.Nəccari xalqımızın iki yerə parçalanmasını əks etdirən ağrılı bir şeiri də daxil olmaqla yeni şeirlərini oxudu.

Görüşün sonunda tələbələr iki aypara fiqurunu birləşdirib, günəşə bənzədərək, onu Bütöv Azərbaycanın rəmzi kimi gənc yazara təqdim etdilər.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az