TƏCİLİ: Ərdoğan xəbərdarlıq etdi

TƏCİLİ: Ərdoğan xəbərdarlıq etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fridrix Mertz ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Tərəflər ikitərəfli münasibətləri, regional məsələləri, həmçinin İsrail və İran arasında münaqişənin gərginləşməsini müzakirə ediblər.

Ərdoğan bildirib ki, İranla nüvə problemi ancaq danışıqlar yolu ilə həll oluna bilər. O, İsrailin hücumundan sonra daha da pisləşən vəziyyətin regional təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini vurğulayıb.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, zorakılığın artması miqrasiya böhranına və nüvə materiallarının sızması ilə bağlı risklərə gətirib çıxara bilər. Bu da həm Yaxın Şərq, həm də Avropa üçün təhlükə yaradır.

O əlavə edib ki, Ankara gərginliyi azaltmaq üçün səy göstərir və sabitliyin bərpası üçün diplomatik addımları davam etdirəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az