“Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir…” – Ərdoğan

“Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir…” – Ərdoğan

Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

"Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir… Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az