Təhlükəli zonalarda əməliyyatlar üçün super-robotlar yaradıldı

Təhlükəli zonalarda əməliyyatlar üçün super-robotlar yaradıldı

Amerika mütəxəssisləri təhlükəli zonalarda əməliyyatlar üçün super-robotlar yaradıblar.

Yaponiyada Fukusima-1 AES-də baş vermiş partlayışdan sonra Amerika alimləri təhlükəli zonalarda əməliyyatlar apara biləcək çoxfunksiyalı robotlar yaratmaq qərarına gəliblər. Xarici kütləvi informasiya vasitələri xəbər verirlər ki, bunlar xilasetmə-axtarış, kəşfiyyat əməliyyatları və başqa əməliyyatlardır.

Reaktiv hərəkət laboratoriyasının (NASA) və “DARPA” müdafiə elmi-tədqiqat agentliyinin aparıcı mütəxəssisləri iki robot – “RoboSimian” və “Surrogate” robotlarını layihələşdirib və quraşdırıblar. Bu robotları “2015 DARPA Robotics Challenge Finals” müsabiqəsində təqdim etmək planlaşdırılır.

“Surrogate” robotu insana daha çox bənzəyir. Onun hündürlüyü 1,4 metr, çəkisi 90,7 kiloqramdır. Bu robot müxtəlif obyektləri tuta bilir. Onun elastik kürəyi müxtəlif manevrlər və hərəkətlər etməyə imkan verir. Lakin bu robot üçün pillələri qalxmaq hələlik çətindir. “RoboSimian” robotu dördayaqlı hörümçəyə bənzəyir. O, hər cür maneələri əla keçir və demək olar ki, hər cür səthi qalxa bilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az