Təhlükəsiz ölkələr siyahısında Azərbaycan 35-cidir

Təhlükəsiz ölkələr siyahısında Azərbaycan 35-cidir
Dünya İqtisadi Forumu ölkələrin təhlükəsizlik baxımından reytinqini tərtib edib

Turizmə dair bu reytinqin tərtibatı zamanı cinayətkarlığın səviyyəsi, terror təhlükəsi və silahlı münaqişələr amilləri nəzərə alınıb.
Novator.az-ın məlumatına görə, Azərbaycan 136 ölkə arasında 35-ci sırada qərar tutur. Gürcüstan təhlükəsizlik sarıdan 29-cu, Ermənistan 34-cü, İran 87-ci, Rusiya 109-cu, Türkiyə 116-cı yerdədir.
Reytinqə əsasən, ən təhlükəsiz ölkə Finlandiya sayılır. İlk beşlikdə Birləşmiş Ərəb Əmirlikləri, İslandiya, Oman, Honkonq da yer alır.
Reytinqin son sıralarında Nigeriya, Pakistan, Salvador, Yəmən və Kolumbiya dayanır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az