“Təklif gələrsə, Avropa Oyunlarının səhnəsində muğam ifa etmək istəyərdim”.
Vətəninfo.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında xalq artisti Alim Qasımov deyib. O, Avropa Oyunlarının səhnəsində çıxış etmək istəyini də gizlətməyib. Xalq artisti dünya şöhrətli müğənni Cenifer Lopezlə də duet oxumağa hazır olduğunu deyib:
“Çox istəyərəm ki, Avropa Oyunlarının səhnəsində bizim gözəl muğamdan ifa edim. O səhnədə çıxış etməyi kim istəməz ki? Xarici dövlətlərdən gələn sənət adamları ilə duet ifa etməyimlə bağlı təklif gələrsə, çox məmnuniyyətlə razılıq verərəm. Hətta Cenifer Lopezlə də duet oxuya bilərəm. Adi tanınmamış bir müğənni ilə də duet oxumağa hazıram. Təki sənətimizin mükəmməlliyini bütün dünyaya nümayiş etdirə bilək. Mən hər kəsə uğurlar arzu edirəm”.
Muğam ustası həyata keçirilən bütün işlərə görə dövlət başçısı İlham Əliyev və “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təşəkkür edib:
“Avropa Oyunları ilə bağlı görülən bütün işlərə dövlət başçımız və Mehriban xanım nəzarət edir. Onların dəstəyi ilə Avropa Oyunları ölkəmizdə möhtəşəm şəkildə baş tutacaq. Onlar bu gün idmana, sənətə, uşaqlara və bütün sahələrə yaxşı diqqət göstərirlər. Allah həmin insanları həmişə var eləsin”.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”