Telman İsmayılovun gizli mülkləri tapıldı: evlər, mənzillər, torpaq sahələri

Telman İsmayılovun gizli mülkləri tapıldı: evlər, mənzillər, torpaq sahələri
Rusiyanın "İzvestiya” qəzetinin əməkdaşları hazırda beynəlxalq axtarışda olan azərbaycanlı iş adamı Telman İsmayılovla bağlı araşdırma aparıblar. 
 
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, sən demə qara günlərinin başlayacağını hiss edən İsmayılov  bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrin yaxın qohumlarının adına keçiribmiş. Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.
Məlumata görə, bundan başqa Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl "Demetra” investitsiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.
Bundan başqa "Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.
Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən "Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az