Terrorçular AES-ləri partlatmağa hazırlaşıb -Yeni Hücum planı

Terrorçular AES-ləri partlatmağa hazırlaşıb -Yeni Hücum planı

Belçika paytaxtı Brüsseldə əməliyyat zamanı saxlanılan terrorçular yeni hücumlar planlaşdırıbmış. Onların eyni zamanda AES-ləri partlatmaq planı da olub. Bu barədə ilkin məlumatı Belçika polisi yayıb. 

Polisin məlumatına görə, paytaxtın bir neçə rayonunda əməliyyatlar keçirilib. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları 7 şübhəlini saxlayıb. Onların martın 22-də törədilən partlayışla əlaqəli olduğu təxmin olunur. Onlardan 3 nəfəri Brüssel Prokurorluğunun yaxınlığında tutulub. Saxlanan şəxslər maşında oturaraq polisin hərəkətini izləyirmiş. Daha 3 nəfər isə sonra saxlanılıb. Polisin məlumatına görə, minimum 300 nəfər terror təşkilatı olan İŞİD-in düşərgələrində təlim keçib. 

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az