“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı

“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı

"Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.

Miq.az "Qafqazinfo”ya istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.

Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.

Hökm qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş "Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az