Tərtərin hərbi prokuroru işdən çıxarıldı

Tərtərin hərbi prokuroru işdən çıxarıldı

Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Miq.Az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az