Təyyarə dənizə düşdü - Ölən və yaralananlar var

Təyyarə dənizə düşdü - Ölən və yaralananlar var
Banqladeşdə AN-26 yük təyyarəsi qəzaya uğrayıb. 

 "True Aviation” şirkətinə məxsus təyyarə səhər saatlarında dənizə düşüb. Təyyarənin göyərtəsində 4 nəfər olub. Onlardan 2-si yerli balıqçılar tərəfindən tapılaraq xəstəxanaya aparılıblar. Xəstəxanadan verilən məlumata görə, onlardan 1-i vəfat edib, digərinin isə vəziyyəti ağırdır. Qalan 2 nəfərin axtarışları davam edir. 

"Göyərtədə olan 4 nəfərin hamısı Rusiya vətəndaşı olub” , -deyə polis nümayəndəsi Aslam Xosseyn bildirib. 

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. 

Qeyd edək ki, qəza edən təyyarə yük təyyarəsidir. Koks-Bazar və Cessor şəhərləri arasında krevetlərin nəqli üçün istifadə olunub. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az