Ədalət Əliyev
"İzi itirmək üçün təyyarəni Qazaxıstana göndəriblər ki, eniş edə bilməsin, dənizə düşsün. Elə olsa, bütün izlər itəcəkdi. Təyyarədə belə bir cihaz var ki, hansı ərazidə olursa-olsun, siqnal ötürə bilir. Bizim təyyarəmizi vurublar, vəssalam… Rusiyanın dediklərini qəti qəbul etmək lazım deyil”.
Ədalət Əliyev deyib ki, əgər Minvod və ya digər yaxınlıqdakı hava limanına eniş etməyə icazə verilmiş olsaydı, hər kəs sağ qala bilərdi:
"Hidravlik sistemi 20-30 dəqiqə sonra tam sıradan çıxır. Əgər təyyarə Aktauya qədər gedə bilibsə, deməli, Rusiya ərazisinə daha tez çatardı. Pilotu Minvod, Mahaçqala, Qroznı və daha yaxın məsafədə olan aeraporta yönətlmiş olsaydılar, hamısı sağ-salamat çıxa bilərdilər. Amma bilərkdən icazə verməyiblər. Ola bilsin, Rusiya Qazaxıstan tərfinə də təsir göstərər və ya artıq göstərir. Amma təyyarəni Braziliya istehsal etdiyi üçün törətdikləri cinayəti danmaq mümkün olmayacaq. Kor-kor, gör-gördür…”
Xatırladaq ki, 2024-cü ilin dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-ə məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi Rusiya səmasında vurulub. Hava gəmisinin "Pansir S-1” HHM sistemi ilə vurulduğu təsdiq edilib. Təyyarəyə eniş icazə verilmədiyi üçün Qazaxıstanın Aktau şəhərinə uçub. Hava gəmisi aeroporta az məsafə qalmış, vurulma səbəbi ilə idarəetməni itirib və qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü ilə birlikdə 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.