"Tibb Universiteti tələbələrini işləməyə göndərməlidir"

Azərbaycan Tibb Universiteti tələbələrini işləməyə göndərməlidir.

Bunu Milli Məclisin deputatı Aqil Abbas plenar iclasda bildirib.

"Universiteti bitirəndə məni yolladılar, istəməsəm də, getdim Ağsuda işlədim. Tibb  Universiteti niyə tələbələri boş olan yerlərə  2-3 il işləməyə göndərmirlər. Bu məcburi olmalıdır. Mənzil məsələsində də, onlara kömək edilməlidir",- o deyib.
 
 
*****
 
 
 Hər il Tibb Universitetini minlərlə tələbə bitirir. Niyə onlara təyinat verilmir?

 

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

 

Deputat bildirib ki, özü də universiteti bitirəndə təyinat alıb: "İstəməsəm də gedib təyinata göndərildiyim yerdə işlədim. Məcburi qaydada həkimlərə təyinat verilməlidir. Eyni qaydada bunu müəllimlərə də etmək olar. İmtiyazlar tanınaraq Tibb Universitetini bitirənlər təyinatla ehtiyac olan bölgələrə göndərilə bilər. Xankəndidə gedib işləmək üstündə davadır. Eləcə də Səyyad müəllim dedi İmişlidə, Sabirabadda həkim çatışmazlığı var. Xahiş edirəm ki, bu məsələ qaldırılsın, Tibb Universitetini bitirənlər məcburi qaydada təyinatla rayonlara işləməyə göndərilsin”.

 

Spiker Sahibə Qafarova isə qeyd edib ki, deputatın dediklərinizin arxasında fakt yoxdur: "Heç olmasa deyəndə rəsmi məlumat verin. Rəsmi surətdə statistikası ilə birlikdə məlumat verin. Haradan bilirsiniz, həkim yoxdur?!”.

 

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az