Tovuzda artilleriya savaşı gedir: Hər iki tərəfdən itki var
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri təxribat törədib, itki var
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyindən Miq.Az-a bildirilib ki, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək.
Miq.Az