Tovuzun icra başçısı Tofiq Zeynalova böhtanlar
və yaxud Tovuzda özünü Prezident kimi görənin xəbisliyi
Otuz illik jurnalistlik fəaliyyətimdə və əlli illik ömrümdə raykomun birinci katiblərindən də, "rayispolkom" sədrlərindən də, icra başçılarından da şəxsən tanıdığım, kəskin tənqid etdiyim olub. Amma Tofiq Zeynalov çox az Prezident təmsilçilərindəndi ki, çatışmazlıq olanda və bu ictimailəşəndə nəinki etiraf edir, həmən də aradan qaldırır, minnətdarlıq etməkdən belə çəkinmir. Hətta olub ki, təsadüfən bazar günləri rayonda qonaq olanda Ağsaqqalı soruşanda gah deyiblər Gürcüstandadı, gah deyiblər məzuniyyətdədi, gah deyiblər Bakıdadı və... inanın, gün ərzində Ona hansısa parkın, ya digər ictimai əhəmiyyətli bir obyektin iməcilik yolu ilə abadlaşdırılmasında rast gəlmişəm. Həyasızca mənə yalan deyənlərin cəmi bircə dəfə üzünə qayıtmışam: ölüm, bə deyirdin, Fransadadı, Tofiq müəllim budu e, Şəhidlər xiyabanında təmizlik işlərinə nəzarət edir.
Doğrudan da, Tofiq Zeynalovun Tovuz şəhidlərinə münasibəti elə Fransada olmağın ləzzətindən də artıqdı.
Və mən bu yazını məhz bu fakta diqqəti yönətməklə yazıram.
Saytların hansısa biri iki ay qabaq təbii fəlakət nəticəsində hansısa kənddə şəhid başdaşılarını sıradan çıxarıb. Təbii, Tofiq Zeynalovun üstünə Yezidin, Ömərin, Əbu Ləhəbin mobil dəstələri nizami ordu ilə hücuma keçiblər. Amma və lakin...
Təbii fəlakətdi, Tofiq Zeynalov da rayona dəyən tutarlı ziyanın aradan qaldırılması üçün mümkün daxili imkanlardan yararlanaraq müəyyən müddətdən sonra ahəngi bərpa edib, ilk növbədə də şəhid başdaşılarını.
Adamlar şəhid başdaşılarına guya ki, laqeyd münasibətdən bir partiya manipulyasiya ediblər, aradan iki ay keçəndən sonra bir daha və yenidən hücuma keçiblər.
Bilirsiniz niyə?
Adam qiyafəsində olanlar bilir ki, İlham Əliyev şəhid aillərinə münasibətə, onlarla rəftara, bayraq meydanına, tarixi abidələrə xüsusi önəm verir və başlayırlar "heyrətləndirici faktlar"dan "qandondurucu", şok terapiyası sərgiləməyə.
Adam, demirsən şəhid başdaşısı iki ay qabaq təbii fəlakətdən yıxılıb, bəs onda iki ay sonra da bir səfər eylə, bir nəzər eylə və gör ki, başdaşılar yerindədi də!
Ağlına və ağzına gələni yazırsan - nə xəbər janrına əməl edirsən, nə informasiyanın əhəmiyyətliliyini anlayırsan, nə reportajdı, nə əyalət icmalıdı, nə tənqidi materialdı, nə pamfletdi, nə... heç bir zəhrimar deyil!
Şəhid başdaşısıyla manipulyasiyaya başlayıbsan, məhkəmədə istintaqı gedən materialla meydan sulayırsan! Heç birinin də sonuna çıxmayıbsan, üstəlik də bütün aşağılayıcı deklamasiyalardan sonra yazırsan: qarşı tərəfin fikrini dinləməyə hazırıq!
Əzizim, Qarşı Tərəf şəhid başdaşısıyla manipulyasiya edən biriylə nə danışsın, nəyə etiraz eləsin, əgər ki, sən özünə əziyyət verməyibsən, çoxdan qaydaya salınmış məzarlığı şəhidlərə sayğı göstərib ziyarət etməyibsənsə, vəziyyəti yerində öyrənməyibsənsə...
Əslində bu tip yazılara bir cümləlik cavabla da kifayətlənmək olardı - Dondar Quşçu kəndindəki şəhid məzarlığından bu şəkilləri şəkib gönərməklə.
Fəqət, problem bu deyil. Problem son zamanlar bir kimsənin özünü Tovuzda ölkə Prezidenti kimi aparmasıdı. O "əlahəzrət" öz ağlınca olan "faktlara" əsasən Tofiq Zeynalovu pensiyaya göndərir, bir başqasını icra başçısı qoyur, kimlərisə harasa vəzifəyə təyin edir və... bütün bu obrazını da "vətənpərvər jurnalistlərin" dəstəyi ilə həyata keçirir!
İndi jurnalistləri də qınamıram - hamı qaz axtarır, nə qədər ki, demokratiya deyib dəymirlər, meydan onlarındı. Amma unutmaq lazım deyil ki, bir zamanlar da belə bir dönəm vardı, amma anaları ta Tofiq müəllimin qapısınacan yalvarmağa getdilər.
Ölkənin Prezidenti İlham Əliyevdi, Tovuzun da icra başçısı Tofiq Zeynalov. Özünü Tovuzda ola-ola ölkə Prezidenti kimi aparıb, ölkədə kadr islahatı aparan "əlahəzrəti" tapmaq, tanıtmaq bir o qədər də çətin deyil.
İndilik isə, buyurun, bu şəhid qəbirləri önündə təzim edin: başdaşıları dimdik yerindədi! Heyrətlənməyin!
Aydın Canıyev
Miq.Az