Vətəninfo.az xəbər verir ki, Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə avqustun 21-də axşam saat 22:30 radələrində yolun 120-ci kilomertliyində, Şamaxının Muğanlı qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayonunun Dədəgünəş kənd sakini 1964-cü il təvəllüdlü Babayev Əmiraslan Əlimövsüm oğlu idarə etdiyi 90-MX-130 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü Əmraslan Babayev və təxminən 70 yaşı olan və şəxsiyyəti tam məlum olmayan Zambaq adlı bir qadın dünyasını dəyişib. Sürücünün həyat yoldaşı 1970-ci il təvəllüdlü Babayeva Aynurə Arif qızı, iki azyaşlı oğlu 2010-cu il təvəllüdlü Babayev Kamal Əmraslan oğlu və 2011-ci il təvəllüdlü Babayev Amin Əmraslan oğlu, sərnişinlər-1960-cı il təvəllüdlü Şahbazova Kəniz Cəfər qızı və 1967-ci il təvəllüdlü İsmayılova Gültəkin Mark qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdrilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ailə toy mərasimindən evə qayıdarkən avtomobil qəzaya uğrayıb.
Vətəninfo.az
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər