Tramp keçmiş müşavirini atılmış itlə müqayisə etdi

Tramp keçmiş müşavirini atılmış itlə müqayisə etdi
ABŞ prezidenti Donald Tramp "Twitter” hesabında növbəti dəfə  Maykl Volfun "Alov və Qəzəb: Trampın Ağ Evində” adlı kitabını tənqid atəşinə tutub.

Oxu.Az xəbər verir ki, o, paylaşdığı "twit”də strateji məsələlər üzrə keçmiş müşaviri Stiv Bennonu atılmış itlə müqayisə edib.
ABŞ mətbuatında yayılan xəbərə görə, adıçəkilən qalmaqallı kitabda Bennondan gətirilən sitat  Ağ Ev rəhbərini hiddətləndirib. Belə ki, Bennon 2016-cı ilin iyun ayında Trampın oğlunun 2016-cı ilin iyun ayında "ruslarla” görüşünü "xəyanət” kimi qələmə verib.
"Maykl Volf – əsl bədbəxtdir, çox darıxdırıcı və həqiqəti əks etdirməyən kitabını satmaq üçün bu hadisəni özündən uydurub. O, tənbəl Stiv Bennondan da istifadə edib. O Bennon ki, onu işdən qovanda göz yaşını saxlamaq olmurdu, yalvarırdı ki, onu işdən çıxarmasınlar. İndi Stiv atılmış it kimidir, hamı tərəfindən tərk edilib. Çox təəssüf!”, – deyə Tramp yazıb.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az