Bakının Nəsimi rayonunda transformat məntəqəsinin içində elektrik cərəyanı vuran 20 yaşlı Fəqan Fərzəliyev yaxın günlərdə evə buraxılacaq.
Vizual.az xəbər verir ki, bunu Lent.az-a 1 saylı şəhər xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Aslan Məmmədov deyib. Onun sözlərinə görə, Fəqan ən geci 10-15 günə xəstəxanadan çıxacaq. O, bundan sonrakı müalicəsinə evdə davam edəcək:
"Fəqanın kürək nahiyəsində əzələsi bərpa olub, çürümüş nekroz təmizlənib. Qalan yaraları da bir aya tamam sağalacaq. Bir qədər də yanıq alnında qalıb. O da bir neçə günə keçəcək. Evdə yüngül sarğıları dəyişiləcək. Tez yorulsa da, durub gəzə də bilir. Bu günə qədər 3 əməliyyat keçirib. Dördüncü əməliyyata da ehtiyac var”.
Hadisənin necə baş verməsinə gəlincə, Aslan Məmmədov Fəqanın həmin günü xatırlamadığını deyib.
Qeyd edək ki, oktyabrın 21-də Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və təxminən 18 yaşında qız 6 min voltluq transformator məntəqəsinin qapısını açaraq içinə daxil olublar. Bu zaman onları elektrik cərəyanı vurub. Hər iki şəxs ağır xəsarətlər alıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev sol qolunu itirib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?