Türk ordusu İŞİD-i yenidən vurdu
Türkiyə Hərbi Hava Qüvvələri Suriya ilə sərhəddəki körpüyə bomba yerləşdirməyə çalışan İŞİD döyüşçülərinə qarşı əməliyyat təşkil edib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Lakin əməliyyatın detalları hələlik bəlli deyil.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədindəki İŞİD mövqelərini bombalayıb. Nəticədə 35 terrorçu öldürülüb. Həmçinin türk xüsusi təyinatlılar Suriyanın Türkiyə ilə sərhəddəki kəndinə girib.