Türkiyədə tüklərin tökülməsi üçün məhsul satışı ilə məşğul olan bir şirkət reklamda ABŞ-dakı göydələnlərin partladılması layihəsinin müəllifi əl-Qaidə liderlərindən biri Xalid Şeyx Məhəmmədin şəkilindən sitifadə edib.
Vətəninfo.az-ın məlumatına görə, həmin foto Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda tutulandan sonra çəkilib. 11 sentyabr hücumunun təşkilində ittiham olunan terrorbaşı fotoda ağ köynək geyinib, sinəsində və kürəyində isə tüklər görünür.
Şirkətdən verilən açıqlamaya görə, "Tüklər özləri tökülməyəcək" şüarı üçün seçilmiş foto təsadüfən seçilib.
"Bu, qəsdən edilməyib. Kişi terrorçu fəaliyyətinə görə deyil, bol tüklərinə görə seçilib. Biz bilmirdik ki, o terrorçudur", şirkətin təmsilçisi Mehmet Can Yıldız Hurriyet Daily News-a deyib.
Xalid Şeyx Məhəmməd hazırda ABŞ-da yerləşən Guantanamo həbs düşərgəsində saxlanılır. 11 sentyabr hücumu üzrə hesabatda o, 2001-ci ildə baş verən hadisənin "əsas arxitektoru" adlandırılır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib