Türkiyə 4 divizion “S-400” kompleksini 2,5 mlrd. dollara aldı

Türkiyə 4 divizion “S-400” kompleksini 2,5 mlrd. dollara aldı

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar  dəyərində 4 divizion "S-400” zenit-raket kompleksi əldə edib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "Rostex”in baş direktoru Sergey Çemezov "Kommersant”a verdiyi müsahibədə bildirib.  

Onun sözlərinə görə, Rusiya və Türkiyə "S-400”-lərin alınması üçün  Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: "Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizini isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından  tədarük etməyə başlayacağıq”, - deyə o bildirib.  

Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb.  

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az