Türkiyə Fransanı geridə qoydu - Dünyanın ən güclüləri açıqlandı

Türkiyə Fransanı geridə qoydu - Dünyanın ən güclüləri açıqlandı

"FlightGlobal” jurnalı "Dünya Hərbi Hava Qüvvələri 2022-ci il” araşdırmasının nəticələrini açıqlayıb.

Miq.Az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri növbəti dəfə siyahının ilk onluğunda yer alıb.

Araşdırmaya görə, siyahıya 13 246 təyyarə (25%) ilə ABŞ başçılıq edir. Rusiya 4173 hərbi təyyarə və ya dünya üzrə ümumi təyyarənin 8%-i ilə ikinci, Çin isə 3285 hərbi təyyarə və helikopterlə üçüncü yerdədir.

Araşdırmaya görə, Türkiyə 1057 təyyarə ilə dünya hərbi donanmasının 2%-ni təşkil edir. Bununla Türkiyə Fransanı geridə qoyub.

Araşdırmada Türkiyə 474 döyüş helikopteri ilə bu sahədə 7-ci, təlim təyyarələri/vertolyotları sahəsində isə 277 ədədlə 9-cu olub.

Araşdırmaya həmçinin dünyada hava qüvvələrinin ən çox istifadə etdiyi 10 təyyarə də daxil edilib.

ABŞ-ın "General Dynamics” şirkəti tərəfindən hazırlanan hesabatda "F-16” 2248 ədədlə siyahının başındadır. "F-16”lar qlobal hərbi donanmadakı döyüş təyyarələrinin 15%-ni təşkil edir.

Rusiyanın "Su-27” 1063 ədədlə (7%) 2-ci, "Su-30” təyyarələri isə 963 ədədlə (6%) 3-cü yeri tutub.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az