Türkiyə ilə bağlı kritik qərar – Ankaraya gələn amerikalı rəsmidən şok iddia

Türkiyə ilə bağlı kritik qərar – Ankaraya gələn amerikalı rəsmidən şok iddia

Türkiyəyə gələn adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı hərbi rəsmi ABŞ-ın "F-35” qərarını yenidən nəzərdən keçirdiyi və Ankaranı bu proqrama qaytarmağı düşündüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, bir çox amerikalı senator Türkiyəni "F-35” proqramına qaytarmaq və Ankaraya döyüş təyyarələri vermək üçün Senat və Prezident Co Baydenə təzyiq etməyə başlayıb.

Rəsmi mənbə bildirib ki, artıq Türkiyə verilməsi planlaşdırılan "F-35" döyüş təyyarələrinin yerləşdiriləcəyi ünvanlar da müəyyənləşib. "F-35”-lərin Adana, Diyarbəkir və Balıkəsir bazalarında yerləşdiriləcəyini deyən rəsmi mənbə "F-35” prosesinin tamamilə dəyişəcəyini bildirib.

Türkiyənin Şərqi Aralıq dənizi başda olmaqla, bir sıra bölgələrdəki hərbi-siyasi fəallığı son illərdə Yunanıstanı hərəkətə gətirib. Türkiyəyə qarşı intensiv silahlanma təlaşında olan Yunanıstan ABŞ-dan "F-35” və Fransadan "Rafale” döyüş təyyarələri sifariş edib.

ABŞ "F-35” sifarişlərində Almaniya və Finlandiyaya üstünlük verərək, Yunanıstanın tələblərini təxirə salıb. Bu qərarın ən böyük səbəblərindən birinin Türkiyənin həssaslığı olduğunu söyləyən amerikalı rəsmi Vaşinqtonun bu prosesdə Ankaranı qəzəbləndirməyi öz maraqları üçün yanlış hesab etdiyi üçün "F-35” sifarişlərinə veto qoyduğunu vurğulayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az