Türkiyə İsraillə yaxınlaşır: Tehran narahatdır!

Türkiyə İsraillə yaxınlaşır: Tehran narahatdır!

Türkiyənin İsraillə yaxınlaşması İranı və digər qüvvələri narahat edir.

Miq.Az xəbər verir ki, bunu Beyrut Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Məhəmməd Nurəddin Türkiyə mediasına açıqlamasında deyib.

O bildirib ki, Ankara ilə Tehran arasındakı normal münasibətlər 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsindən başlayır:

"Ancaq Türkiyə və İran Qafqaz, İraq, Suriya, Fələstin və digərlər bölgələrdə bir-biriləri ilə mübarizə aparırlar. Bu məqamda hesab edirəm ki, Türkiyənin İsraillə yaxınlığı regional məsələlərdə Tehranı zəiflətmək ölçüsünü də daşıyır. Xüsusilə Suriya və İraqda Türkiyənin mövqelərini gücləndirir. Türkiyənin ən mühüm təbii qaz tədarükçüsü olan İranın bu yaxınlarda təbii qaz verilişini dayandırması, Ankara-Təl Əviv münasibətlərinin normallaşmasına qarşı bir mesaj ola bilər. Bundan başqa, Tehran Türkiyə ilə birlikdə İsrailin Azərbaycanda artan təsirindən də narahatdır”.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az