Türkiyə Ordusu Afrinin qərbinə hücuma keçib

Türkiyə Ordusu Afrinin qərbinə hücuma keçib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsi ilə sərhəddə demək olar ki, bütün yaşayış məntəqələrini nəzarətə götürüb.

Trend-in məlumatına görə, hazırda Afrinin qərbində 7,8 km boyunca həmin məntəqələrdə nəzarəti tam təmin etmək üçün döyüşlər gedir.

Ümumilikdə "Zeytun budağı” əməliyyatı çərçivəsində indiyədək 112 yaşayış məntəqəsi azad olunub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16″ təyyarələri də cəlb olunub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az