Türkiyə-Rusiya münasibətlərinin gələcəyi bu gün həll olunacaq

Türkiyə-Rusiya münasibətlərinin gələcəyi bu gün həll olunacaq
Rusiya və Türkiyə arasında münasibətlərin düzəlməsi istiqamətində təmaslar davam edir. 

 
Publika.az xəbər verir ki, Rusiya Türkiyəni Soçidə keçiriləcək toplantıya dəvət edib.
 
Türkiyə dəvəti qəbul edib-etməməklə bağlı bu gün qərar verməlidir. Xarici işlər naziri Mövlud Çavuşoğlu dəvətə hələlik cavab verilmədiyini bildirib. 
 
İyulun 1-də Soçidə keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Birliyinin toplantısına Çavuşoğlunun qatılıb-qatılmayacağı bu gün bəlli olacaq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az