"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Türkiyənin erkən seçkiyə gedəcəyi təqdirdə ölkədə siyasi qeyri-müəyyənlik yaranacağını və ilin sonuna qədər bu vəziyyətin davam edəcəyini bildirib. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, agentliyin hesabatına əsasən, belə bir durum potensial iqtisadi artıma zərər verəcək və iş dünyasının investisiyaları gözləməsinə səbəb olacaq.
Qeyd edək ki, iyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərində son 13 ildə iqtidarda tək partiya kimi fəaliyyətdə olan AKP mütləq çoxluq üçün lazımi qədər səs toplaya bilməyib və parlament məcburən koalisiya axtarışlarına start verib. Koalisiya 45 gün ərzində qurulmasa, Türkiyə erkən seçkiyə getməli olacaq.
"S&P" qeyd edir ki, Türkiyənin maliyyə vəziyyəti və borc dinamikası pisləşməyə doğru irəliləyərsə, ölkənin kredit reytinqi azaldıla bilər. Agentlik tərəfindən kredit reytinqi təhlil edilən ölkələr arasında Türkiyənin tədiyyə balansının ən həssasıdır. Seçkidən bu günə qədər Türkiyə lirəsi dollara qarşı 2,8% ucuzlaşıb və bu vəziyyətin istehlakçı etimadını və inflyasiyaya ciddi ziyan vurduğu bildirilir.
"Report"un analitik qrupu qeyd edir ki, Türkiyə erkən seçkilərə qərar verərsə, lirənin ucuzlaşaraq 3 TRY/USD səviyyəsinə çatacağı və İstanbul Fond Birjasının (BİST) aparıcı indeksi olan BİST-100-ün hazırkı 80 000 səviyyəsindən 70 000 səviyyəsinə qədər (-15%) azalacağını proqnozlaşdırır.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”