Türkiyədə helikopter qəzası – PKK ilə mübarizədə 8 ölü, 8 yaralı

Türkiyədə helikopter qəzası – PKK ilə mübarizədə 8 ölü, 8 yaralı

Hakkarinin Çukurca qəsəbəsi ərazisində terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8 əsgər isə yaralanıb. Terrorçularla mübarizə üçün bölgəyə göndərilən "Kobra” helikopterinin də qəzaya uğraması nəticəsində 2 pilot həlak olub. 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumatı təsdiqləyib. "Terrorçuların zərərsizləşdirilməsi məqsədilə, bölgəyə F-16 təyyarəsi, döyüş vertolyotu, piotsuz uçuş aparatı və canlı qüvvələr cəlb edilib. İndiyə qədər altı terrorçu məhv edilib. Əməliyyatlar davam edir”, -deyə gərargahın açıqlamasında bildirilir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az