Türkiyədə müvəqqəti hökumətin iki naziri istefa verdi
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) müvəqqəti hökumətdə (seçki hökuməti) təmsil olunan iki naziri istefa verib.
Partiyanın
Mərkəzi Şurasının açıqlamasında HDP-ni seçki hökumətində təmsil edən
nazirlər Əli Haydar Konça və Müslim Doğanın tutduqları vəzifədən istefa
verdikləri bildirilib.
Bu arada Türkiyə hökumətinin Mətbuat
Mərkəzi istefa verən nazirlərlə bağlı yazılı açıqlama yayıb: "Nazirlər
Kabinetinin toplantısında Avropa İttifaqı naziri Əli Haydar Konca və
inkişaf naziri Müslüm Doğan hökuumət üzvlüyündən istefa vermələrilə
bağlı ərizələrini baş nazir Əhməd Davudoğluna təqdim ediblər. Onların
istefaları qəbul olunub. Baş nazir Davudoğlu seçki hökumətində təmsil
olunduqları üçün onlara təşəkkür edib və bildirib ki, bu onların öz
qərarıdır".
Açıqlamada qeyd olunub ki, uyğun nazirliklərə ən yaxın zamanda yeni şəxslər təyin olunacaq.